Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:17

Kadyrov respublikadan "gey"lərin xaricə aparılmasını təklif edib


Kadyrov Ramzan

Çeçenistan lideri Ramzan Kadyrov “qanı təmizləmək üçün” əgər varsa, respublikadan “gey” lərin çıxarılmasını təklif edib.

Amma o, Amerikanın NBO televiziya kanalının müxbirinin cinsi azlıqların təqib olunması ilə bağlı sualını cavablandırarkən deyib ki, Çeçenistanda cinsi azlıqlar yoxdur.

“Bizdə belə insanlar yoxdur, bizdə “gey” yoxdur. Əgər varsa Kanadaya aparın, sən allah qoy bizdən uzaq olsun”, deyə Kadyrov bildirib.

“Novaya qazeta” bu ilin aprelində Çeçenistanda cinsi azlıqların kütləvi qətli ilə bağlı məlumat yayıb.

Çeçenistan rəhbərliyi isə jurnalistləri böhtan atmaqda günahlandırıb və bundan sonra qəzetin redaksiyasına hədələr gəlib.

Bundan sonra Reuters agentliyi Çeçenistanda təqiblərə məruz qalan qeyri-ənənəvi seksual orientasiyaya aid iki kişi barədə yazılar dərc edib.

Rusiya və beynəlxalq thüquq-müdafiə təşkilatları, dövlət başçıları, həmçinin BMT, ABŞ və Avropa Birliyinin nümayəndələri bu məlumatların araşdırılamsını tələb ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG