Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 02:25

Tağı Əhmədov: "Rədd edirəm"


Tağı Əhmədov

“Akif Çovdarovun mənimlə bağlı bütün açıqlamalarını rədd edirəm”. Bunu Bakı Metropoliteninin keçmiş rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.

O, APA-ya açıqlamasında keçmiş MTN generalı A.Çovdarovun məhkəmədə ünvanına söylədiklərinin hamısını yalan, sübutu olmayan əsassız ittihamlar adlandırıb.

Tağı Əhmədov keçmiş metropliten rəhbəri kimi fəaliyəti barədə də danışıb: "Vəzifəmdən heç vaxt sui-istifadə etməmişəm. Məqsədim hər zaman mənə göstərilən etimadı doğrultmaq, xalqıma xidmət etmək olub. Mənim dövlətimiz qarşısında xidmətlərim var”.

XATIRLATMA

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan idarə rəisi Akif Çovdarov məhkəmədə verdiyi ifadəsində Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovu korrupsiyada və dövlət vəsaitini mənimsəməkdə ittiham edib. O, Əhmədovun Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada biznesinin və evlərinin olduğunu qeyd edib, ünvanlar açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG