Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 04:07

Misirdə 2 almaniyalı turist öldürülüb


Misir,Hurghada kurortu

Bir nəfər iyulun 14-ü axşam saatlarında Qırmızı dənizin sahilindəki Hurgada kurortunda dincələn turistlərə bıçaqla hücum edib.

Şahidlərin sözlərinə görə qara futbol köynəyində olan həmin adam ərəbcə deyib ki, yerlilər kənara çəkilsin.

Hücüm nəticəsində iki almaniyalı qadın turist ölüb, 4 nəfərsə yaralanıb.

Yaralılardan biri rusiyalıdır.

Hotelin işçiləri hücum edəni yaxalayıblar.

Bu gün ərzində Misirdə törədilən ikinci hücm olub.

Hurqadadakı bu hücumdan bir az əvvəl bir nəfər Misirin cənubunda tapanca ilə atəş açaraq 5 polisi öldürüb.

Hücumlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG