Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 16:55

Azərbaycanla bağlı daha bir iş üzrə kommunikasiya başlanıb


arxiv

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı daha bir iş üzrə kommunikasiyaya başlayıb. Bu “Məzahir Cəfərov və başqalarının (daha 4 nəfər) işi”nə Azərbaycan Mülki Məcəlləsinin 228.2-ci maddəsi üzrə yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsinə aiddir.

Vəkil Fariz Namazlı bildirib ki, həmin işlərdə yerli məhkəmələr iddianı rədd edərkən kompensasiyanın başqa ərazidə analoji şərtlər əsasında yaşamağa imkan verməməsini əsas götürüb.

Avropa Məhkəməsi bu işlər üzrə ədalətli məhkəmə araşdırması hüququ, əsaslandırılmış məhkəmə qətnaməsi almaq hüququ (Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 maddəsi), mülkiyyət hüququnun (1 saylı protokolun 1-ci maddəsi) pozuntusu ilə bağlı hökümətə suallar ünvanlayıb.

Avropa Məhkəməsi həmçinin Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında "müəyyən müddət" anlayışını və kompensasiya məbləğinin necə hesablanması barədə izah istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG