Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:34

NATO-nun Rusiyaya sualları var


Rusiyanın SU-27 təyarəsinin ABŞ təyyarəsindən çəkilmiş şəkli

İyulun 13-də NATO-Rusiya Şurasının iclasında Baltik dənizi üzərində hərbi təyyarələrin son manevrlərindən sonra yaranmış gərginliyin və risklərin azalması tədbirləri müzakirə olunacaq.

NATO rəsmiləri rusiyalı pilotların Baltik üzərindən uçarkən uçuş planlarını təqdim etməsi, hava nəqliyyatı dispetçerlərinə cavab verməsi məsələlərini qaldıracaqlar.

Toplantı Brüsseldə keçiriləcək.

NATO ötən ay dəniz üzərində üç Rusiya təyyarəsinin izinə düşdüyünü bildirib. Onlar hava dispetçerlərinin müraciətlərinə cavab verməyiblər.

Moskva isə Baltik üzərindən bütün uçuşların beynəlxalq hüquqa uyğun gerçəkləşdirildiyini bildirir.

NATO-Rusiya Şurasının məqsədi oxşar gərginliklərin qızışmasını önləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG