Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 07:14

Türkiyə Qətərə 197 təyyarə, 16 maşın və 1 gəmi yük göndərib


Nihat Zeybekci

Türkiyə Qətərə 197 təyyarə, 16 maşın və 1 gəmi yük göndərib.

Reutersin məlumatına görə, bunu iyulun 12-də Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb əmirlikləri, Misir və Bəhreyn də daxil olmaqla bir neçə ərəb ölkəsi Qətərlə diplomatik münasibətləri, hava əlaqəsini və iqtisadi əməkdaşlığı dayandırıb.

Onlar Dohanı terrorçuluğu himayə etməkdə günahlandırırlar.

Qətər ittihamı rədd edir.

Ankara bu münaqişədə Qətərin tərəfini saxlayır.

Bu iki ölkə arasında yaxın siyasi və iqtisadi münasibətlər mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG