Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 10:53

Qazaxıstanda adi vətəndaş prezidentliyə namizəd ola bilməz


Nursultan Nazarbaev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev adi vətəndaşların prezidentliyə namizədliyini qadğan edən düzəlişi təsdiqləyib.

Bu barədə iyulun 11-də Azadlıq Radiosunun Qazaxıstan xidməti məlumat verib.

Ölkə konstitusiyasına edilmiş bu düzəlişdə həmçinin terrorçuluq fəaliyyəti və ağır cinayətlərə görə vətəndaşlıqdan məhrum etmə çəzası nəzərdə tutulur.

Prezidentliyə namizədlik üçün dövlət işləri və ya seçki orqanlarında 5 il iş təcrübəsi və prezident səlahiyyətlərinin icrasına mane ola bilən xəstəliyin olmaması barədə sübut tələb olunur.

Ölkə parlamenti bu düzəlişlər ötən ay təsdiqləyib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Nazarbayev həmçinin yerli özünüidarə və elektroenergetika sahələrinin inkişafı ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik və əlavələri də təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG