Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 02:25

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan blogger Aleksandr Lapşinin (Alexander Lapshin) yazılarına rəy vermiş ekspert Almaz Bayramova onun məhkəməsində dindirilməlidir. Amma Məhkəmə Ekspertiza Mərkəzindən bildirilib ki, A. Bayramova məzuniyyətdədir.

Lapşinin işi üzrə iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasov Ekspertiza Mərkəzinin məktubunu elan edib. Mərkəzdən bildirilib ki, Almaz Bayramovanın məhkəmədə iştirakını iyulun 12-də təmin edə bilərlər.

Bu səbəbdən də məhkəmə iyulun 12-nə təxirə salınıb.

Xatırlatma

İsrail, Rusiya və Ukrayna vətəndaşı olan Aleksandr Lapşin CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Lapşin 2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG