Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 01:47

Xarici işlər nazirləri bu gün Brüsseldə görüşürlər


Elmar Məmmədyarov və Edward Nalbandian

Azərbaycan XİN: “Danşıqlar prosesi nəticəyönümlü olmalıdır”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Brüsseldə görüşəcələr. Bunu Azərbaycan XİN mətmuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev
Hikmət Hacıyev

H.Hacıyev görüşün yerli vaxtla saat 19-da başlayacağını söyləyib.

O nazirlərin görüşündən “ciddi nəticə” gözləmədiklərini deyib.

“Düzdür, bu görüşdən elə bir ciddi nəticə gözləmirik, sıradan bir görüşdür. Amma bütünlükdə Qarabağ probleminin həlli ilə bağlı danşıqlar prosesinin ciddi və nəticəyönümlü, şəkildə aparılması əsas müzakirə mövzusu olacaq”, - XİN sözçüsü bildirib.

Ötən həftə iyulun 4-də cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycanın iki dinc sakini həlak olub, bir nəfər yaralanıb.

Baş verənlərdə tərəflər bir-birini ittiham edib.

Beynəlxalq qurumlarsa atəşkəsə əməl etməyə, münaqişənin danışıqlar yolu ilə həllinə çağırıblar.

Cəbhə xəttində baş verənlərdən sonra Azərbaycanda nazirlərin iyulun 11-də gözlənilən görüşünün təxirə salınması ilə bağlı təkliflər də səslənmişdi.

Açıqlamada nəzarət tədbirlərinin nəticəsi kimi 39 vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirinin tətbiq edildiyi məlumatlar Hesablama Palatasına daxil oub.

Ermənistan xarici işlər nazirliyi də nazirlərin iyulun 11-də Brüsseldə görüşəcəklərini təsdqləyib.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Keçmiş nazir: “Elmar Məmmədyarovun həmin görüşə getməsinin mənası yoxdur”

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

“Bu görüşdə heç nə imzalanmayacaq, buna görə də Elmar Məmmədyarovun oraya getməsinin mənası yoxdur”.

Xarici işlər naziri Elmar Məmmədyarovun iyulun 11-də erməni həmkarı ilə görüşü ərəfəsində durumu şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə deyib.

Onun qənaətincə, mülki əhalinin təhlükəsizliyi təmin edilənə qədər Azərbaycan danışıqlarda iştirakını müvəqqəti dayandırmalıdır.

“Bunun üçün ermənilər birtərəfli olaraq təmas xəttindən bir neçə kilometr, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinə uzaqlaşmalıdırlar. Onda biz əmin olacağıq ki, Ermənistan tərəf münaqişəni sülh yolu ilə həll etmək niyyətindədir. Bu, digər mövzuların müzakirə olunması üçün etimad şəraiti yaradardı”, - keçmiş nazir belə deyir.

T.Zülfüqarov danışıqlarla bağlı bir məqama da toxunub, onun fikrincə, Qarabağ danışıqlarında Azərbaycanın mövqeyi ilə bağlı qərarların qəbulunda kollegiallıq yoxdur.

“Nazirin özündən başqa heç kim danışıqlarda nə danışılacağını bilmir. Hətta nazir müavinlərinin belə hadisələrdən xəbəri yoxdur. Danışıqların gizliliyi aradan qaldırılmalıdır, hələlik isə biz daim Azərbaycanın maraqları baxımından heç cür izah oluna bilməyən addımlarla qarşılaşırıq. Buna görə də, nazirlərin görüşünün aktuallığı heç kimə aydın deyil və izah olunması mümkün deyil”, - keçmiş nazır bildirir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG