Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:45

Rusiya qaz layihələrinin “sabotaj” olunmasını pisləyir


Aleksandr Novak

İyulun 10-da Rusiya Avropada Şimal axını 2 qaz kəməri və digər enerji layihələrinin sabotaj olunmasını pisləyib.

İstanbulda Dünya Neft Konqresində çıxış edən Rusiyanın enerji naziri Aleksandr Novak deyib ki, gələn illər ərzində enerjiyə tələbat artacaq və siyasətin təchizatı əngəlləməsi gərəkir.

“Son vaxtlar infrastrukturun inkişafına sünni məhdudiyyətlər görürük, müəyyən enerji mənbələrinə və təchizatçılarına süni üstünlük verilir”, – o deyib.

“Şimal axını 2 kimi iqtisadi cəhətdən yaxşı əsaslandırılmış, istehlakçılar üçün cəlbedici infrastruktur layihələrinin sabotaj olunduğunu görürük”, – Novak vurğulayıb.

Rusiya qazını Almaniyaya Qara Dəniz vasitəsiylə çatdıracaq kəmər Berlində qəbul olunub, ancaq Polşa və Avropa Birliyinin digər üzvləri bu layihəyə isti yanaşmayıblar, Rusiya enerji mənbələrindən asılılıq baxımından narahatlıqlarını dilə gətiriblər.

ABŞ prezidenti Donald Trump isə bu yaxınlarda Şərqi Avropa ölkələrinə Birləşmiş Ştatlardan maye qaz almağı təklif edib, bunun Rusiya qazından daha etibarlı enerji mənbəyi olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG