Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 18:15

Müəllimin tutdurmaq istədiyi tələbə axtarışa verildi


Nigar Ismayılzadə

BDU-nun "İlahiyyat" fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həbs elətdirmək istədiyi tələbə Zəka Mirağayev axtarışa verilib. Bu haqda iyulun 10-da Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev qərar çıxarıb.

Qərardan əvvəl məlum olub ki, Zəka Mirağayev məhkəməyə gəlməyib.

Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbə haqqında həbs-qətimkan tədbirinin seçilməsini təklif edib: "Həbs-qətimkan tədbiri seçilməsə, mümkün deyil. O adam bu məhkəmə prosesində bizi avara eləmişdi. Müxtəlif bəhanələrlə prosesi uzadır". Dekan müavini də vəkili ilə həmrəy olduğunu deyib.

Tələbənin vəkili Elçin Sadıqov isə etiraz edib. Bildirib ki, məhkəməyə gəlməyən şəxs haqqında öncə məcburi gətirilmə qərarı çıxarılmalı, sonra başqa tədbirlərə əl atılmalıdır.

Tələbənin vəkili etiraz edir
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Qısa müşavirədən sonra hakim Zəka Mirağayevin axtarışa verilməsi haqda qərarı elan edib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Z. Mirağayev tapılıb gətirilənə qədər məhkəmədə bu işin icraatı dayandırılıb.

XATIRLATMA

BDU-nun "İlahiyyat" fakültəsinin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mətbuata açıqlamalarında fakültədəki neqativ hallardan, korrupsiyadan şikayətlənib. Bildirib ki, Nigar İsmayılzadə dekan müavini təyin olunandan sonra rüşvət halları artıb.

Dekan müavini də buna görə onu məhkəməyə verərək, CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cəzalandırılaraq, həbs olunmasını tələb edir.

Zəka Mirağayev ötən məhkəmə iclasından sonra AzadlıqRadiosuna bildirmişdi ki, məhkəmənin BDU rəhbərliyinin təzyiqi altında ədalətsiz qərar çıxaracağına və doğruları dilə gətirdiyinə görə həbs olunacağına əmindir. Bu səbəbdən də ölkəni tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG