Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:30

Yüz minlərlə etirazçı 450 km-lik yürüşün sonunda İstanbula çatdı (Video)


İstanbulda yüz minlərin toplaşdığı aksiyadan görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

İstanbulda yüz minlərin toplaşdığı aksiyadan görüntülər

İyulun 9-da yüz minlərlə etirazçı 25 günlük, 450 kilometrlik yürüşün sonunda İstanbula çatıb. Onlar Türkiyədə fövqəladə vəziyyətə qarşı çıxdıqlarını, ədalət, demokratiya tələb etdiklərini dilə gətiriblər.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kilicdaroglu Maltepedə çıxışında deyib ki, “biz olmayan ədalət uğrunda yürüdük”.

Kilicdaroglu və CHP-nin digər liderləri yürüşə 1,6 milyon nəfərin qatıldığını bildirsə də, bu rəqəmləri rəsmi təsdiqlətmək mümkün olmayıb.

CNN Turk bildirib ki, kütləvi nümayişlə bağlı küçələrə 15 min polis çıxarılıb.

Türkiyədə ötən ilki uğursuz çevriliş cəhdindən sonra fövqəladə vəziyyət elan olunub, on minlərlə adam həbsə atılıb, yaxud işdən çıxarılıb.

İstanbul
İstanbul

“Biz ədalətsiz olaraq, əmrlə işdən çıxarılan dövlət qulluqçuları adına yürüdük… Biz bir nəfərin rejiminə qarşı olduğumuza görə yürüdük. Biz istibdad erasında yaşayırıq”, – Kilicdaroglu deyib.

Bu yürüş 2013-cü ildə Erdogan-a qarşı keçirilmiş may-iyun aksiyalarında bəri ən böyük nümayiş sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG