Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:30

Yenə devalvasiya?


arxiv
arxiv

“Manatın devalvasiyası yenidən gündəmdə”

“Yeni Müsavat” qəzetinin məqaləsi belə adlanır. Məqalədə dolların bahalaşması fonunda birbaşa olmasa da, dolayısı ilə manat üçün də təhlükə yarandığını, ekspert Qubad İbadoğunun bu günlərdə manatın devalvasiyası ehtimalı haqda açıqlaması yada salınır.

Ekspert Vüqar Bayramlı isə deyir ki, manatın aqibətinə dolların bahalaşması ilə bağlı ABŞ Federal Ehtiyat Sisteminin qərarlarından daha çox Azərbaycan Mərkəzi Bankının qərarları təsir göstərir.

Ekspertin sözlərinə görə, FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarın milli valyutaya təsir etməməsi manatın bazasının kiçik olması, onun məzənnəsinə Mərkəzi Bankın təsir imkanları, neftin qiymətinin aşağı düşməsi və idxalın məhdudlaşması ilə bağlıdır: “Biz 2017-ci ilin sonunadək, xüsusən də avqustun ikinci, sentyabrın birinci yarısında və dekabrda dollara tələbin artacağını proqnozlaşdırırıq”.

Vüqar Bayramlının izahına görə, birinci dövrdə dollara tələbin artması birbaşa yeni dərs ilinin başlamasıyla bağlı olacaq və bu ehtiyaclar idxal hesabına həyata keçirildiyindən dollara tələbat da artacaq. O dekabrda yenidən dollara tələb artımını isə bu aydakı bayramlarla, xarici səfərlərin arması ilə əlaqələndirir.

Ekspert deyir ki, eyni zamanda, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin artması ilin sonunda dollara tələbin artacağını söyləməyə əsas verir: “Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərməsi isə birbaşa manat bazasının və Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank artan tələbi ödəməklə mövcud məzənnədəki intervalı qoruyub saxlaya bilər və ya artan tələb fonunda Mərkəzi Bank hərraclarda təklifi artırmayacaqsa, o zaman məzənnəyə təsir göstərəcək. Yəni məzənnə birbaşa Mərkəzi Bankın qərarları ilə formalaşır”.

Buğda çox, keyfiyyəti isə yox...

“Novoye Vremya” qəzetində diqqəti “Buğda istehsalı: problem təkcə kəmiyyətdə yox, həm də keyfiyyətdədir” səlrövhəli məqalə cəlb edir.

Müəllif ölkədə buğda istehsalı və ölkəyə buğda idxalı məsələlərini araşdırır və deyir ki, istənilən ölkənin ərzaq təhlükəsizliyində buğda təminatı ilk sırada dayanır: “Azərbaycan üçün bu ciddi problemdir, çünki, bu illər ərzində buğda istehsalı artsa da, ölkə ərzaq buğdası idxal etməkdədir və məsələ təkcə kəmiyyətdə deyil, həm də onun keyfiyyətindədir”.

Yazıda rəsmi şəxslərə istinadla ölkə fermerlərinin aşağı keyfiyyətli buğda istehsal etdikləri deyilir, buna səbəb kimi istehsalçıların ya təcrübələrinin olmaması, ya da bu məsələyə ciddi əhəmiyyət verməmələri göstərilir.

Müəllif vurğulayır ki, keçən il 1,854 milyon ton buğda istehsal edilib və bunun ancaq 100 min tonu qida üçün yararlı olub.

Yazıda deyilir ki, hər insanın ildə 180 kiloqram buğdaya tələbatı var və bu indiki halda Azərbaycan əhalisi üçün bu 1,7-1,8 milyon ton deməkdir ki, ölkədə istehsalı arzu ediləndir.

Ancaq müllif bu tələbin əksər hissəsinin idxal hesabına ödənildiyni vuurğulayır:“Keçən il 2015-ci illə müqayisədə idxal 18,2% artıb. Halbuki dövət proqramına əsasən 2015-ci ildən buğda idxalından imtina olunmalı idi”.

Müəllif hesab edir ki, buğda idxalından imtina etmək üçün məhsuldarlığın və istehsal həcminin yox, həm də buğdanın keyfiyyətinin artması zəruridir, hələlik bu yoxdur, görülən tədbirlər səmərəsiz olub, keyfiyyətli məhsul olmadan ərzaq təhlükəsizilyindən danışmaqsa sadəcə mənasızdır.

İqtisadi inkişaf indkatoru - inşaat

Rəsmi “Azərbaycan” qəzeti “İqtisadi inkişafı göstərən sahə - tikinti sektoru” adlı məqaləsində tikinti sektorundakı durumu dəyərləndirilir.

Müəllif hesab edir ki, əgər bir ölkənin tikinti sektorunda canlanma varsa, deməli, həmin ölkə iqtisadi cəhətdən inkişaf edir. O, Azərbaycanın tikinti sektorunda əsl canlanmanın Azərbaycana neft pulları daxil olduqdan sonra başladığını yada salır.

Müəllif deyir ki, hazırda inşat sektorunda dövlət müəssisələriylə yanaşı, özəl şirkətlər də iştirak edirlər, hökumət bu qurumlara da dəstəyini əsirgəmir: “Bu ilin yanvar-may aylarında tkinti sektoruna qoyulan ümumi sərmayənin 69,8%-i qeyri-dövlət müəssisələrinin payına düşməsi məhz bunun göstəricisidir. Hazırda Azərbaycanda mükəmməl tikinti sənayesi formalaşıb”.

Məqalədə bu da qeyd olunur ki, əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları indi ölkədə istehsal olunur, hətta onların bəziləri xaricə də ixrac edilir və ölkə əhalisinin xeyli hissəsi bu sektorda çalışmaqla öz güzəranını qurur.

Müəllif ölkədə tikinti sektorunun dinamik inkişafını qoruyub saxlamaq üçün dövlətin bir sıra layihələr gerçəkləşdirdiyini yazır: “Bunlardan biri köhnə, yararsız yaşayış binalarının sökülərək yerində müasir evlərin tikilməsidir. Bu pilot layihə geniş şəkildə ilk olaraq paytaxtın 1-ci mikrorayonunda reallaşdırılacaq. Həmin ərazidəki ötən əsrin 50-60-cı illərində tikilmiş beşmərtəbəli panel evlər söküləcək, əvəzində çoxmərtəbəli yeni binalar inşa olunacaq”.

Məqalədə deyilir ki, əhalinin mənzillə təmin edilməsinin digər yolu sosial mənzillərin tikilməsidir və sosial mənzil tikintisi bu sektorda sahibkarlığın inkişafını stimullaşdırır. Bu səbəbdən də b u ilin ilk 6 ayında əsas kapitala yönəldilən 6 milyard manata yaxın vəsaitin 5,2%-i tikintiyə qoyulduğu, ümumi inşaat işlərinin 87,6%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirdiyi vurğulanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG