Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:22

Macarıstanda yeni qatı-sağçı siyasi hərəkat yaradılır


Polşa və Macarıstan millətçilərinin toplantısı, 2015-ci il, noyabr

Macarıstanda yeni qatı-sağçı siyasi hərəkat peyda olub.

Reuters-in məlumatına görə, aşkar şəkildə irqçiliyi təbliğ edən bu yeni təşkilat ” Güc və qətiyyət” adlanacaq.

Hərəkatın əsas məqsədi liberalism və immiqrasiyaya qarşı mübarizə aparmaqdır.

Mənbənin yazdığına görə, 3 sağçı radikal qrupun nümayəndələri iyulun 8-də Budapeşt ətrafında toplaşaraq 2018-ci il parlament seçkisində iştirak etmək üçün yeni hərəkat yaratmaq razılığına gəliblər.

Hərəkatın liderləri açıq şəkildə nasist ritorikasından istifadə edir, Avropanın yerli azlıqlar və milyonlarla miqrant rərəfindən təhlükə qarşısında olduğunu deyirlər.

Qeyd edək ki, Macarıstanın millətçi “ Yobbik” partiyası bundan əvvəl özünün qatı-sağçı ideologiyasından əl çəkdiyini və daha mötədil mərkəzçi mövqeə keçdiyini bəyan edib.

Şərhçilər hesab edir ki, bu yeni qatı-millətçi təşəbbüslər üçün siyasi məkana səbəb oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG