Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:28

Jurnalist Əfqan Muxtarlının işinə görə dindirilib


İzolda Ağayeva

Bu gün, iyulun 6-da jurnalist İzolda Ağayeva Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində iki saat yarımdan artıq dindirilib.

Bu haqda AzadlıqRadiosuna jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə jurnalist Əfqan MuxtarlıMeydan TV internet resursunun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub. O, şahid qismində dindirilib.

«Məndən Əfqan Muxtarlının işi ilə bağlı, onun sərhədi qanunsuz keçməsi barədə nələri bildiyimi soruşdular. Onlara bildirdim ki, mən Əfqan Muxtarlının söylədiklərinə inanıram. Dedim ki, Əfqan sərhədi qanunsuz keçməyib. Onu Gürcüstandan oğurlayıb gətiriblər», - jurnalist dindirmədən sonra yalnız bunları söyləyib.

Bundan əvvəl jurnalistlər Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri Ə.Muxtarlı və Meydan TV-nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.

İyulun 7-də isə daha bir jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verməlidir.

Ötən həftə hər iki iş üzrə vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin Meydan TV-nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini iddia edir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.

Ə.Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə - hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə, eləcə də 318.1, 206.1 maddələri ilə -sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə ittiham irəli sürülüb.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

İki il əvvəl, 2015-ci ildə Meydan TV-nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. Onda Meydan TV-nin rəhbəri Emin Milli bunları demişdi:

«Artıq bəlli olub ki, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

Günün bütün mövzuları

XS
SM
MD
LG