Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:37

İran vətəndaşlarının bu il Həcc ziyarətinə gedə biləcəyini deyir. Bu, İranın regiondakı rəqibi Səudiyyə Ərəbistanıyla davamlı gərginlik fonunda baş verir.

İranın yarırəsmi ISNA agentliyi ali dini lideri Ali Khamenei-nin təmsilçisi Ali Qaziaskar-a istinadla iyulun 5-də belə bir xəbər yayıb. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Şurası ötən ay İran vətəndaşlarının ziyarətə getməsiylə bağlı qərar verib.

İranın Xarici İşlər Nazirliyi də bildirib ki, rəsmiləri Ciddə, Məkkə və Mədinəyə yollanacaq, sentyabrdakı Həcc ziyarəti zamanı zəvvarlara konsulluq xidməti göstərəcək.

İran ötənilki Həcc ziyarətini boykot etmişdi. Səbəb bir il öncə azı 2 min 426 zəvvarın həlak olmasaydı. Ən böyük itki İranın payına düşmüşdü, 464 nəfər ölmüşdü.

Ötən ilin yanvarında isə iki ölkə diplomatik münasibətləri kəsib. Bundan öncə Ər-Riyadda tanınmış şiə ruhanisi edam olunandan sonra Tehrandakı Səudiyyə səfirliyinə basqın edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG