Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:56

ABŞ Minsk prosesinə elçi təyin etməyi düşünür


Rex Tillerson

Vaşinqton Rusiya, Ukrayna və separatçılar arasındakı Minsk sülh danışıqlarına elçi təyin etməklə bağlı tərəflərin çağırışlarını götür-qoy edir. Bunu ABŞ Dövlət Departamentinin yüksəkrütbəli rəsmisi iyulun 5-də deyib.

Gələn həftə Ukraynaya səfər edəcək dövlət katibi Rex Tillerson deyib ki, 2015-ci ildə Belarusun paytaxtında əldə olunmuş razılaşmanın yerinə yetirilməsinə kömək etmək istəyər. Tərəflər hələlik davamlı atəşkəsə nail olmayıblar.

Tillerson onu da söyləyib ki, münaqişənin həlliylə bağlı alternativlər yaranarsa, Minsk razılaşmalarına məhkum olmaq istəmir.

İndiyədək Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçıların münaqişəsində 10 mindən çox adam ölüb.

Fransa və Almaniyanın vasitəçilik etdiyi Minsk razılaşması 2015-ci ilin əvvəlində Rusiya və Ukrayna tərəfindən imzalanıb. Razılaşma tərəfləri atəşkəsə, ağır texnikanın cəbhə xəttindən çəkməyə, Ukraynanın şərqinə daha çox muxtariyyət verəcək konstitusiya islahatlarına çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG