Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

İlk elektron hərracda QAZ-31 satıldı


Hərrac (arxiv fotosu)

Əmlak Məsələləri Dövlət Komitəsi ilk dəfə elektron qaydada hərrac təşkil edib.

Bu haqda Komitənin məlumatında bildirilir.

Komitə hərraca 2007-ci ilin istehsalı olan QAZ 3102 markalı avtomobil çıxarıb. Start qiyməti 2000 manat təklif edilən nəqliyyat vasitəsinin 4120 manata özəlləşdirildiyi bildirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron hərrac sistemini yeni istifadəyə verib.

Hərraclarda iştirak etmək istəyənlər bunu komitənin rəsmi saytı və ya Elektron Hökumət Portalı vasitəsilə reallaşdıra bilərlər.

XATIRLATMA

2016-cı il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı fərman imzalayıb.

Bundan sonra ölkədə özəlləşdirmənin yeni mərhələsi start götürüb. Bir sıra hərraclar keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG