Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 08:27

Messi "Barselona" ilə müqaviləni uzatdı


Lionel Messi

İspaniyanın “Barselona” klubu argentinalı futbolçu Lionel Messi ilə müqaviləni uzatdı.

Bu barədə iyulun 5-də klubun rəsmi saytı məlumat yayıb.

Bundan əvvəl verilən məlumata görə, yeni müqavilədə Messiyə 300 milyon avro qiymət qoyulub.

Lionel Messi ilə indiki müqavilənin müddəti gələn yay bitir.

Messi “Barselona”da oynadığı müddət 8 dəfə İspaniya çempionu, 4 dəfə Avropa Çempionlar liqasının qalibi olub, 5 dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

Argentina millisində isə 2008-ci ildə olimpiya çempionu olub.

XS
SM
MD
LG