Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:41

Almaniya Rusiyanın seçkiyə müdaxilə edəcəyini gözləyir


Thomas de Maiziere

Almaniya Rusiyanın sentyabrda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə cəhd göstərəcəyini gözləyir. Məqsəd konkret bir namizədə kömək etmək deyil, Almaniya demokratiyasına inamı sarsıtmaqdır. Bunu rəsmilər iyulun 4-də açıqlayıblar.

Daxili işlər naziri Thomas de Maiziere mətbuat konfransında deyib ki, Berlin Moskvanın təşkil etdiyi iddia olunan, utancverici və saxta xəbərlər hücumuna hazırlaşır.

«Amerikada seçkiyə mümkün təsiri, Fransada seçkiyə mümkün təsiri gördük. Bunların Rusiyadan gəldiyini düşünməyə əsas var və Almaniya seçkisinə də oxşar hücumların olacağı istisna deyil», – nazir deyib.

De Maiziere deyib ki, Almaniyanın təhlükəsizlik xidmətləri parlamentdəki kompüterlərdən məlumatların götürüldüyünü müşahidə edib və yaxın həftələrdə yayıla bilər.

Almaniya əks-kəşfiyyat idarəsinin rəhbəri Hans-Georg Maassen bildirib ki, Rusiyanın bu ölkədə seçkiylə bağlı niyyəti aydın deyil. Ancaq o, Rusiya prezidenti Vladimir Putin-in kansler Angela Merkel-dən fərqli namizədə üstünlük verdiyindən şübhələnir.

Rusiyaya sanksiyaları dəstəkləyən Merkel dördüncü müddətə seçilmək niyyətindədir.

Rusiya xarici ölkələrdə seçkilərə təsir göstərməklə bağlı deyilənləri təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG