Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 08:02

Berlindən terror hücumları xəbərdarlığı


Hans-Georg Maassen

Almaniyada islamçı yaraqlıların sayı artdığından bu ölkə terror hücumlarına hazır olmalıdır. Belə bir xəbərdarlıqla iyulun 4-də Almaniyanın təhlükəsizlik rəsmiləri çıxış edib.

Ötən il Almaniyada islamçılar beş hücum törədiblər. Dekabrda Berlində milad bazarına hücumda 12 nəfər öldürülmüşdü. Yeddi hücumun qarşısı alınıb, - Almaniyanın əks-kəşfiyyat idarəsinin (BfV) rəhbəri Hans-Georg Maassen jurnalistlərə deyib.

«Fərdlərdən və terror qruplarından daha çox hücum gözləməliyik», – Maassen söyləyib.

BfV-nin ötən il üçün illik hesabatında deyilir ki, Almaniyada 24 min 400 islamçı var, onlardan 9 min 700-ü sələfilərdir. Hesabata görə, yüzlərlə «cihadçı» son iki ildə ölkəyə daxil olan bir milyondan çox qaçqınla birlikdə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG