Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 07:47

Fuad Əhmədliyə bəraət istənilir


AXCP fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

AXCP fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən Fuad Əhmədliyə bəraət verilməsi istənilir. Cəbhəçinin vəkilləri iyulun 4-də bu tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Əsabəli Mustafayev bildirib.

Vəkil deyib ki, F.Əhmədlinin 4 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən narazıdırlar.

XATIRLATMA

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-ə aid materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

Ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsi onu 4 il azadlıqdan məhrum edib.

F.Əhmədli və AXCP ittihamı rədd edir, həbsi siyasi fəaliyyətlə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG