Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:34

‘UniBank’ yenidən kapital cəlb edir


Unibank

«Unibank Kommersiya Bankı» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Məqsəd yenə bankın nizamnamə kapitalını artırmaqdır.

İyulun 25-də səhmdarlar bankın kapitalına əlavə vəsait yerləşdirmək üçün toplaşacaqlar. Sonuncu dəfə Bakı Fond Birjası «Unibank» ASC-nin kapitalının 49 milyon 121 min manat artırılması haqda məlumatı iyunun 20-də vermişdi. Lakin görünür, bu, bankın likvidlik göstəricisinin yüksəldilməsindən ötrü yetərli olmayıb.

Buna da bax:​ Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var? [araşdırma]

Bankın son kapital artımında onun xarici sərmayədarları da iştirak ediblər. Bankın məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (son səhm buraxılışınadək bankın nizamnamə kapitalının 15,15 faizinə nəzarət edirdi) səhm alışına 14,5 milyon manat, Deutsche İnvestision und Entwiklungsgesellschaft GmbH (8,33 faiz) 24,4 milyon manat ödəməyə boyun olmuşdular. Müşahidə Şurasının sədri, eyni zamanda səhmlərinin 68,38 faizinə sahib olan Eldar Qəribov da 10 milyon manat ödəyib.

Son maliyyə hesabatı bankın durumunun ağır olduğunu göstərir. Bu ilin birinci rübündə UniBank ASC-nin əməliyyat zərəri 3,5 milyon manat olub.

Buna da bax: Azərbaycan bankları ipotekanı bərpa edib, amma...

Hazırda Azərbaycanda 31 bank lisenziyası qüvvədədir. Maliyyə böhranı baş qaldırandan 12 bankın lisenziyası ləğv olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG