Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 00:52

Məhkəmə Yunuslarla bağlı polisdən cavab gözləyir


L.Yunus və A.Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunusun məhkəməyə məcburi gətirilməsindən ötrü daxili işlər orqanlarına müraciət olunub.

Bu haqda iyulun 3-də Bakı Apellyasiya Məhkəməsində Yunusların işinə baxan hakim Mirpaşa Hüseynov məlumat verib.

Yunuslar haqqında məcburi gətirilmə qərarı mayın 17-də çıxarılıb. Hakim bildirib ki, polisdən məhkəməyə bu məsələ ilə əlaqədar heç bir cavab gəlməyib.

Yunusların vəkili Elçin Sadıqov məhkəmədən məcburi gətirilmə qərarının surətini istəyib. Amma sənəd müdafiəçiyə verilməyib.

Yunuslarla bağlı polisdən cavab almaq məqsədilə məhkəmə iyulun 12-nə qədər təxirə salınıb.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyununda həbs olunublar. 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Həmin ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib, Yunuslar şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemləri olan Yunusların müalicə məqsədilə xaricə getməsinə icazə verilib. Sonradan Ali Məhkəmə apellyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG