Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:58

“Müsəlman Birliyi" hərəkatının həbsdəki sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, apellyasiya şikayəti üzrə ilkin baxış iyulun 7-nə təyin edilib.

Vəkillər məhkəmə prosesinin protokolları ilə tanış olmadıqlarından işin birinci instansiya məhkəməsinə qaytarılmasını istəmişdilər.

Məhkəmə vəsatəti təmin edib, vəkillərin protokollarla tanışlığından sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsində qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı, Ramin Yarıyev və Aqil Quliyev 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay azadlıqdan məhrum ediliblər.
Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.
Adları çəkilən şəxslər rəsmi ittihamla razılaşmırlar.

Onlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı həbs ediliblər. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG