Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Lapşinin məhkəməsində Şuşa məcburi köçkünləri danışıb


Lapşinin məhkəməsində Şuşa məcburi köçkünləri. 30 iyun 2017
Lapşinin məhkəməsində Şuşa məcburi köçkünləri. 30 iyun 2017

"Əvvəl məlumatım yox idi, sonradan internet vasitəsi ilə xəbər tutdum ki, Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, işğal olunub", – Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan bloqqer Aleksandr Lapşin (Alexander Lapshin) öz məhkəməsində belə deyib.

Lapşinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İyunun 30-da keçirilən məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Lapşin özünü təqsirli bilməyib.

Buna da bax:​ Ombudsman-ın nümayəndəsi Lapshin-lə görüşüb

Ardından Lapşinə ifadə vermək təklif olunub. Amma o, deyib ki, sərbəst ifadə vermək yox, sualları cavablandırmaq istəyir.

Bloqqer Alexander Lapshin Belarus məhkəməsində, 26yan2017
Bloqqer Alexander Lapshin Belarus məhkəməsində, 26yan2017

“XƏRCLƏRİ DƏ ÖZÜM ÖDƏMİŞƏM”

Bloqqer prokurorun suallarını cavablayarkən təsdiqləyib ki, iki dəfə Dağlıq Qarabağa gedib. Amma öncə həmin torpaqların Azərbaycan ərazisi olduğunu bilməyib, sonradan internet vasitəsilə bunu öyrənib: "Mən bloqqerəm, Qarabağa da turist kimi iki dəfə səfər etmişəm. Orada çəkilən xərcləri özüm ödəmişəm. Qarabağa gedəndə Azərbaycan tərəfinə müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə olarkən adını indi xatırlamadığım otellərdə qalmışam".

Yazdığı məqalələrin özünün şəxsi təəssüratları, təxəyyülünün məhsulu olduğunu deyən Lapşin başqa mübahisəli ərazilərə də səfər etdiyini bildirib: "Mənim hər iki xalqa (Azərbaycan və erməni - red.) hörmətim var. Qarabağdan olan videoları mən və digər şəxslər də çəkib. Özümün çəkmədiklərim videolarda görüntülərdə özüm də düşmüşəm. Mən Suriya, Əfqanıstan, Kosovo, Qətər, Abxaziya, Osetiya kimi ərazilərdə də olmuşam".

Buna da bax:​ Amnesty International Alexander Lapshinə azadlıq istəyir

Prokurorun suallarını cavablandırarkən Lapşin bildirib ki, Qarabağda olarkən Ermənistan tərəfdən heç bir rəhbər vəzifəli şəxslə görüşməyib. Bu məqamda prokuror ona xatırladıb ki, "Facebook" sosial şəbəkəsindəki dostları arasında "Dağlıq Qarabağ"ın iqtisadiyyat nazirinin müavini Sergey Şahverdiyan da var. Bu xatırlatmaya cavab olaraq, Lapşin bildirib ki, "Facebook"da kim ona dostluq göndəribsə, qəbul edib.

“ÜMİDLƏRİMİZİ QIRDI”

Daha sonra məhkəmədə məcburi köçkünlər Könül Hüseynova, Rəfael Əlixanov, Rasim Hacıyev, Mərhəmət Abdullazadə Vaqif Hüseynov şahid qismində ifadə verib.

Könül Hüseynova bildirib ki, Şuşadan məcburi köçkündü, həyat yoldaşı və atası şəhid olub: "Mən övladımı çətinliklə böyütmüşəm. Nəvəmi də Şuşanı görmək ümidi ilə böyüdürəm. Bu adam bizim ümidlərimizi qırdı. Belələri erməniləri dəstəkləyir. O, yaydığı videolarda bizi təhqir edib".

Buna da bax:​ Lapşini tutan Lukaşenko bu dəfə Rusiyaya xoş gələcək jest etdi

Rəfael Əlixanov Lapşini internet vasitəsi ilə tanıdığını deyib. O da Şuşadan məcburi köçkündür. Bildirib ki, bir neçə yaxını Qarabağ müharibəsində şəhid olub: "Özüm də müharibədə yaralanmışam. Bu adam internetdə özündən quraşdırmalar edib, Qarabağı müstəqil dövlət kimi göstərib".

Şahidlər Lapşinin qanun çərçivəsində cəzalandırılmasını istəyib.

Məhkəmə iyulun 3-də davam edəcək.

Xatırlatma

Həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşı olan Aleksandr Lapşin CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

Buna da bax:​ Novruz Məmmədov: 'Lapşin məsələsini siyasiləşdirmək lazım deyil'

Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Lapşin 2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG