Keçid linkləri

Təcili xəbərlər
2018, 20 May, bazar, Bakı vaxtı 23:40

Müdafiə naziri NATO toplantısında iştirak edib


Z.Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 29-da Brüsseldə NATO-nun Əfqanıstandakı «Qətiyyətli Dəstək Missiyası» formatında keçirilən görüşdə iştirak edib.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, toplantıda Əfqanıstandakı durum və missiyanın perspektivi müzakirə olunub.

Nazir Z.Həsənov səfər çərçivəsində NATO baş katibinin müavini xanım Rose Gottemoeller ilə də görüşüb:

«Tərəflər Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində Alyansla qarşılıqlı faydalı əməkdaşlıq və ölkəmizin Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi barədə NATO baş katibinin müavininə məlumat verib».

Səfər çərçivəsində Z.Həsənov Türkiyə müdafiə naziri ilə də görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik və missiyaya gələcək töhfələr müzakirə edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

XATIRLATMA

Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildən başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG