Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:43

İyunun 29-da Serbiya deputatları Ana Brnabic-i baş nazir seçiblər. O, mühafizəkar Balkan ölkəsində ilk qadın və homoseksual baş nazirdir.

42 yaşlı Brnabic 157-55 səs çoxluğuyla seçilib, özü və nazirləri and içiblər.

Prezident Aleksandar Vucic Qərbdə təhsil almış Brnabic-in namizədliyini iki həftə öncə irəli sürüb. Sərt xətt tərəfdarı olan millətçilər buna qarşı çıxırdılar.

Serbiyada LGBT üzvləri daimi təqiblərə və hücumlara məruz qalırlar.

Vucic-in addımına Qərbi sakitləşdirmək cəhdi kimi baxanlar da var. Qərb bu ölkənin Rusiyayla həddən çox yaxınlaşmasından, hərbi əməkdaşlığı gücləndirməsindən narahatdır.

Brnabic deyib ki, Serbiyanın Avropa Birliyinə inteqrasiyası prioritet olacaq, eyni zamanda Rusiya, Çin və ABŞ-la münasibətlər yaxşı səviyyədə saxlanacaq. Ancaq indi hökumətdə açıq-aşkar Qərbə qarşı çıxan nazirlər var, onlar AB-yə qoşulmağın da əleyhinədirlər.

Brnabic Rusiyayla güclü əlaqələri olan biznesmen Nenad Popovic-i özünə müavin təyin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG