Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:16

Açıq Hökümət Tərəfdaşlığının Azərbaycanla bağlı tapşırığı var


Bakı

Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) Rəhbər Komitəsi iyunun 28-i Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın qurumdakı qeyri-aktiv statusunu bir il də uzadıb. Bu barədə xəbəri komitə özü yayıb.

Xəbərə görə, bu müddətinin uzadılmasına səbəb ölkədə vətəndaş cəmiyyətindən ötrü mühitin yaxşıya doğru dəyişməməsidir.

Üstəlik, Standartlar və Meyarlar Alt Komitəsinə 2017-ci il sentyabrın 15-nə kimi Azərbaycan hökumətinə Tələblər Paketi hazırlamaq tapşırılıb.

12 aylıq növbəti qeyri-aktiv dövr bundan sonra başlayacaq.

Xəbərə görə, 12 aylıq müddət ərzində qoyulan tələblər yerinə yetirilmədiyi halda ölkə qurumdan birdəfəlik çıxarıla bilər.

XATIRLATMA

OGP hökumətlərin hesabatlı və şəffaf idarə edilməsini hədəf götürən nüfuzlu beynəlxalq təşəbbüsdür.

Qurucuları arasında ABŞ və Böyük Britaniyanın da olduğu OGP 2011-ci ilin sentyabrında yaradılıb. Azərbaycan bu təşəbbüsə 2011-ci ildə, öz istəyi ilə ilk qoşulan ölkələrdən olub.

Təşəbbüsün tarixində birlikdəki statusu «qeyri-aktiv» elan edilən ilk ölkə də məhz Azərbaycandır. Bu, 2016-cı ilin martında baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG