Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 08:38

Braziliya prezidenti 5 milyonluq rüşvət ittihamı ilə üzləşib


Мишел Темер.

Braziliya prokurorluğu ölkə prezidenti Mişel Temeri (Michel Temer ) dünyada ən böyük ət istehsalçısı olan JBS şirkətindən rüşvət almaqda günahlandırır.

Yaxın həftələrdə həmçinin korrupsiya ilə bağlıona qarşı bir sıra rəsmi ittihamlar irəli sürülə bilər.

Prokurorluq Temerin, şirkətin rəhbəri Josli Batista ilə mümkün rüşvət məsələsini müzakirə etməsinin audioyazısını açıqlayıb.

Hüquq-mühavizə orqanlarının məlumatına görə, prezident ümumilikdə 5 milyon dollara yaxın rüşvət alıb.

Baş prokurorluq məsələni Ali məhkəməyə göndərib və materiallar yaxın vaxtlarda parlamentin aşağı palatasına çıxarıla bilər.

Hakim partiyanın deputatları hesab edirlər ki, məsələnin məhkəməyə verilməsini əngəlləyə bilərlər, amma bir neçə dəfə səsvermə olsa yəqin ki, prezidenti müdafiə edə bilməyəcəklər.

Prezident ittihamları rədd edir.

Onun nüfuzu ölkədə 10 faizdən də aşağı düşüb.

Ölkənin bir çox şəhərlərində istefa tələbi ilə etiraz aksiyaları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG