Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:58

Vəkil: 'Prezident Ə.Muxtarlının xanımını qəbul edəcək'


Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu

Bu gün, iyunun 27-də Gürcüstan prezidenti Giorgi Margvelashvili-nin həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı və vəkilini qəbul edəcəyi gözlənir.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkilləri bildiriblər.

Onların bildirdiyinə görə, görüş həbsdəki jurnalistin xanımı Leyla Mustafayevanın istəyi üzrə baş tutacaq.

Gürcüstan prezidentinin L.Mustafayeva ilə Ə.Muxtarlının vəkilini Prezident Sarayında günortadan sonra qəbul edəcəyi bildirilir.

L.Mustafayeva onu və həbsdəki həyat yoldaşına dəstək verdiyinə görə prezidentə təşəkkür edəcək.

Görüşdə Ə.Muxtarlının müəmmalı şəkildə Tbilisidən yoxa çıxması və Azərbaycanda həbs edilməsi işində Gürcüstanın rolu, habelə jurnalistin ailəsinin aparılan araşdırma işlərindən razı qalmadığı məqamlar müzakirə ediləcək.

Bu günlər Ə.Muxtarlı həbsxanadan Gürcüstan prezidentinə ona dəstək ifadə etməsindən dolayı təşəkkür etmişdi.

Ə.Muxtarlı həmin bəyanatında Gürcüstanda diktatura yaradılmasına imkan verilməyəcəyinə ümidvar olduğunu ifadə etmişdi.

Gürcüstan prezidenti G.Margvelashvili Ə.Muxtarlı həbs olunduğu günlərdə mətbuata açıqlamasında jurnalistlə bağlı baş verənləri ölkəsinin suverenliyi və təhlükəsizliyinə təhdid adlandırmışdı. Baş nazir və daxili işlər naziri isə bu məsələdə Gürcüstan hüquq-mühafizə orqanlarının iştirakını istisna edərək, istintaqın başa çatmasını gözləməyi məsləhət bilmişdi.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG