Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:08

Ekzit-pollar sosialistlərin parlamentdə çoxluğu qazandığını göstərir


Edi Rama

Ekzit-pollar Albaniyanın hakim Sosialistlər Partiyasının parlamentdə çoxluğu qazandığını göstərir. Bu seçki ölkənin Avropa Birliyi ilə gələcək münasibətlərindən ötrü vacib sayılır.

«Ora News» yayımçısı iyunun 25-də ekzit- pollara istinadla xəbər verib ki, baş nazir Edi Rama-nın Sosialistlər Partiyası səslərin 45-49 faizini qazanıb. Bu, 140 yerlik parlamentdə 71-75 yerin qazanılması üçün kifayətdir.

ABŞ prezidenti Donald Trump-ın pərəstişkarı Lulzim Basha-nın sağ-mərkəzçi demokratlarının səslərin 30 faizini qazanacağı proqnozlaşdırılır.

Rəsmi nəticələrin iyunun 26-da açıqlanacağı gözlənir.

Proqnozlar təsdiqlənərsə, 52 yaşlı, avropapərəst Rama koalisiyaya ehtiyac olmadan ölkənin siyasi gündəmini müəyyənləşdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG