Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:19

Putin-in ABŞ-dakı imici pisləşir


V.Putin
V.Putin

Rusiya prezidenti Vladimir Putin-in Birləşmiş Ştatlardakı imici pisləşib. Bu, Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinin araşdırıldığı bir dönəmə düşür.

72 FAİZ

«Gallup» sorğu mərkəzi üzə çıxarıb ki, indi ABŞ-da yuxarı yaşlıların cəmi 13 faizi Putin haqda yaxşı fikirdədir, fevralda onların sayı 22% idi. 74% onu bəyənmir və bu, indiyədək «Gallup»un tarixində qeydə alınmış ən böyük göstəricidir.

Sorğu iyunun 7-dən 11-dək keçirilib. Sonuclar üzə çıxarıb ki, rusiyalı hakerlərin seçkiyə mümkün müdaxiləsi barədə mənfi məlumatlar amerikalıların Putin barədə fikirlərinə təsirsiz ötüşməyib.

Bu ilin fevralında Putin-in müsbət reytinqi iki il öncəkindən yüksək idi, bunun bir səbəbi respublikaçıların gördüyü işlə izah olunur. Belə ki, prezident Donald Trump prezidentlik kampaniyası dövründə Rusiya haqda müsbət danışıb, demokratların Rusiyanın seçkiyə müdaxilə barədə dediklərini pisləyib.

RESPUBLİKAÇILAR FİKİRLƏRİNİ DƏYİŞİRLƏR

Ancaq fevraldan bəri mediada Rusiyanın ABŞ-ın işlərinə müdaxiləsi haqda daha çox yazılıb. Deyəsən, respublikaçılar da fikirlərini dəyişməyə başlayıblar. Respublikaçıların 24 faizi Putin haqda yaxşı düşünür, fevralda onların sayı 32% idi. Demokratların isə fevralda 10%-i Rusiya liderinə müsbət yanaşırdısa, iyunda bu, 4%-ə düşüb.

Putin Amerika ictimai fikrində nadir fiqura çevrilib. O, Birləşmiş Ştatlarda heç vaxt həddindən çox populyar olmayıb. Di gəl, birinci prezidentlik dönəmində, Sovet İttifaqının çöküşündən sonra ABŞ-da yetkinlik yaşına çatanların daha böyük hissəsi ona xoş niyyət bəsləyirdi.

O, baş nazir postundan yenidən prezidentliyə qayıdanda ictimai fikirdə də dəyişiklik baş verdi. 2014-cü ildə amerikalıların xoş fikirləri yoxa çıxıb. Belə ki, həm Rusiyayla Ukrayna arasında gərginlik artıb, həm də Rusiya Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Edward Snowden-ə sığınacaq verib.

XƏBƏRLƏR YAXŞI DEYİL

Son 4 ildə Putin 25%-lik həddi keçməyə çalışıb. Amerikalıların Rusiyanın onların hökumətinə potensial təsiriylə maraqlanırlar, bu arada heç Rusiyaya da xoş yanaşmırlar.

Maraqlı olan iyun sorğusundan sonra xəbərlərin daha da pisləşməsidir. Bu həftə keçmiş daxili işlər naziri Jeh Johnson deyib ki, rusiyalıların haker hücumu birbaşa Vladimir Putin-in göstərişiylə baş verib.

Senat məhz Moskvanın seçkiyə müdaxiləsinə görə sanksiyalar layihəsi qəbul edib.

«Respublikaçılar getdikcə daha çox Putin-ə qarşı yönəlirlər. Bu, Trump-ın Rusiyayla sıx əlaqələr qurmaq niyyətini əngəlləyə bilər», – «Gallup» yazır.

XS
SM
MD
LG