Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 19:01

Nyukaslda avtomobil ibadət edən bir qrup adamı basıb


Foto arxiv

Böyük Britaniyanın Nyukasl-apon-Tayn şəhərində maşının bir qrup adamı basması nəticəsində 3 uşaq da daxil olmaqla azı 6 nəfər xəsarət alıb.

BBC-nin məlumatına görə, insidentbir qrup adam səhər saat 09:14 radələrində “Westgate” idman mərkəzinin ətrafında Ramazan bayramını qeyd edərkən baş verib.

Məlumatı Nortamberlend polisi də təsdiqləyib.

Faktla bağlı istintaq, aparılır, polis hələlik buna terror aktı kimi baxmır.

Şahidlərdən birinin məlumatına görə, insident, ibadət edən qadınlardan biri öz maşını ilə getmək istəyərkən baş verib və çox güman ki, o nəzarəti itirib.

Polis 42 yaşlı bir qadının saxlandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG