Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:27

Mehman Hüseynovdan xəbər var


Mehman Hüsüynov

İyunun 24-ü vəkil Elçin Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovla görüşüb.

“Mehman Hüseynovun saxlanma şəraitindən şikayəti yoxdur. Hamıya Salamı var, əhvalı da yaxşıdır. Sadəcə bədənində ağrılar var və müalicə ala bilmir ”

Vena ağrılardan əziyyət çəkən M.Hüseynov əməliyyat edilməsindən ötrü bir müddət öncə rəsmi qurumlara müraciət etmişdi. Ancaq Ədliyyə Nazirliyinin tibb idarəsi əməliyyat edilməsinə zərurət olmadığını bildirmişdi.
Üstəlik, Ombudsman Aparatı bəyan etmişdi ki, Mehman Hüseynov həkim müayinəsindən keçib. Ancaq həkim mütəxəssislərin rəylərinin düzgün icra etmir:

“Mehman Hüseynov təəssüflər olsun ki, tibbi rejimə əməl etmir. Həkimlərin tövsiyələrinə baxmayaraq, hər gün futbol oynayır”, deyə Aparat rəhbərinin məktubunda bildirilirdi.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG