Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 11:01

'Formula-1' başlayır


"Sizcə, 'Formula-1' yarışlarının Azərbaycana nə faydası var?" [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

"Sizcə, 'Formula-1' yarışlarının Azərbaycana nə faydası var?" [video-sorğu]

Bu gün, iyunun 23-ü «Formula-1» üzrə Azərbaycan «Qran-pri»si start götürəcək.

Bakıda ardıcıl olaraq ikinci ildir ki təşkil edilən yarışın əsas hissəsi iyunun 25-də olacaq.

«Formula-1»in cədvəlinə əsasən, iyunun 23-ü günorta və axşamüstü iki sərbəst yürüş keçiriləcək. Sonuncu sərbəst yürüş isə iyun 24-də, sıralama turundan əvvəl olacaq.

İyunun 25-də «Qran-pri»nin həlledici mərhələsi başlayacaq. Yarışda iştirak edən 10 komandanın ümumilikdə 20 üzvü hökumət meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və «Azneft» dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Azərbaycan 2016-cı ildən «Formula-1» «Qran-pri» yarışlarını təşkil edir. Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları təşkil etməlidir. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əks halda, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Bu il habelə, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu ilin dövlət büdcəsindən beynəlxalq idman yarışlarının təşkilinə 317 milyon manat ayrıldığı bildirilir.

Ölkənin müxalifət qüvvələri hesab edir ki, bu pullar aztəminatlı ailələrin və əhalinin yoxsul təbəqələrinin sosial ehtiyaclarına xərclənməlidir.

Hakimiyyət təmsilçiləri isə bildirirlər ki, belə yarışlar ölkənin dünyada müsbət imicini gücləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG