Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:13

Azərbaycan əhalisi aclıq çəkən ölkələrə pul verib


Kenya. Somalidən qaçqın uşaq

Azərbaycan Somali, Yəmən, Cənubi SudanNigeriyanın şimal-şərq hissəsində qida çatışmazlığından əziyyət çəkən insanlara pul yardımı edib.

Bu haqda Xarici İşlər nazirliyinin (XİN) məlumatında bildirilir.

Yardımın XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə BMT-nin xətti ilə həyata keçirildiyi bildirilir. Yardımın ümumi məbləği 50.000 dollar olub.

XİN bildirir ki, yardım BMT baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib.

Buna da bax:​ ABŞ-Azərbaycan Münasibətləri: Sabit və firavan gələcək naminə ortaq məqsədlər

“BMT-nin baş katibindən daxil olmuş müraciətdə aclıq təhlükəsi ilə üzləşən 20 milyondan çox insana dəstək göstərilməsi və humanitar böhranın aradan qaldırılması üçün ünvanlı fəaliyyətin zəruri olduğu bildirilib”, – XİN-in məlumatında vurğulanır.

Xatırlatma

Nigeriya, Somali, Cənubi Sudanda və Yəməndə 1,4 milyon uşağın aclıq təhlükəsi ilə üzləşdiyi bildirilir.

BMT-nin Uşaq Fondu YUNİSEF bu yaxınlarda dərhal bu ölkələrə 255 milyon dollar yardım edilməsi çağırışı ilə çıxış etmişdi.

Buna da bax: Azərbaycanda yoxsulluq azalır? BMT hesabatının müzakirəsi

"Bu yalnız 2017-ci ildə lazım olacaq ümumi məbləğin bir hissəsidir. Bütün bunlar 712 milyon dollardır - ötən ilki vəsaitdən 50 faiz artıq", - deyə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Hak qeyd etmişdi.

Məlumatlara görə, aclığın, quraqlığın və münaqişələrin bürüdüyü ölkələrdə milyonlarla uşaq yemək yemir, xəstələnir. Onların yaşamağa damları belə yoxdur, məktəbə getmirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG