Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:55

Trump Meksika sərhədində tikiləcək divara günəş batareyaları qurşadırmaq istəyir


Donald Trump

ABŞ prezidenti Donald Trump Meksika ilə sərhəddə tikiləcək divara günəş batareyaları qurşadırmaq istəyir.

Belə bir səddin tikintisi onun seçkiqabağı əsas vədlərindən biri idi.

Trump hesab edir ki, bu divar elektrik enerjisi istehsal etməklə xərcini özü ödəyəcək və belə halda Meksika divara görə xeyli az pul ödəyəcək.

ABŞ prezidenti Donald Trump yanvarın sonunda Meksika ilə sərhədə divar çəkilməsi barədə fərman imzalayıb.

Prezident hesab edir ki, bu qanunsuz immiqrasiya və narkotik qaçaqçılığı ilə mübarizəyə kömək edəcək.

ABŞ-ın daxili təhlükəsizlik nazirliyi ilin əvvəllərində ilik olaraq bu layihənin reallaşmasına 20 milyard dollardan artıq vəsait lazım olduğunu bildirmişdi.

Trump-ın sözlərinə görə tikintinin bir hissəsini Meksika maliyyələşdirməlidir.

Amma Meksika bundan imtina edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG