Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Rusiya qərb sərhədlərini gücləndirir


Rusiya qırıcısı Shoygunu izləyən NATO təyyarəsini belə uzaqlaşdırdı
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Rusiya qırıcısı Shoygunu izləyən NATO təyyarəsini belə uzaqlaşdırdı

Rusiyanın müdafiə naziri iyunun 21-də bildirib ki, ölkənin qərb sərhədləri boyunca təhlükəsizlik durumu pisləşib və Rusiya orada qüvvələrini artıracaq.

Sergei Shoigu Kalininqrada səfəri çərçivəsində danışıb. O, NATO-nun Baltik ölkələrində təlimlər keçməsini alyansın həmin ərazidə güclənməsinin göstəricisi adlandırıb. Shoigu deyib ki, genişmiqyaslı təlimlər NATO-nun «anti-Rusiya kursu»nu sərgiləyir.

Müdafiə nazirinin sözlərinə görə, ordu ilin sonunadək qərb sərhədi boyunca 20 yeni hərbi hissə yaradacaq.

Bu ilin sonuna Rusiyayla Belarus «Qərb-2017» adlı hərbi oyunlar keçirəcəklər.

Rusiya dövlət televiziyası Shoigu-nun təyyarəsi Kalininqrada yaxınlaşarkən onu izləyən NATO-nun F-16 qırıcısını göstərib. Rusiyanın Su-27 təyyarəsi nazirin təyyarəsiylə NATO qırıcısının arasına girərək onu uzaqlaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG