Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 00:19

Su-27 Sergei Shoygu-nun təyyarəsinə yaxınlaşan F-16-nı belə uzaqlaşdırdı (VİDEO)


Foto arxiv

NATO-nun F-16 qırıcı təyyarəsi Baltik dənizindəki neytral zonada Rusiyanın müdafiə naziri Sergei Shoygu-nun təyyarəsinə yaxınlaşmaq istəyib.

Bu barədə RİA Novosti agentliyi məlumat verir.

Agentliyin məlumatına görə, müdafiə naziri Kalininqrada uçarkən NATO təyyarələri neytral zonada onu müşaiyət etməyə çalışıblar və bu vaxt təyyarələrdən biri Shoygu-nun təyyarəsinə yaxınlaşmağa cəhd edib.

Amma naziri müşaiyət edən Rusiyanın Su-27 təyyarəsi onların arasına girib və F-16 bundan sonra kənara çəkilib.

Bundan bir gün əvvəl Rusiya və ABŞ təyyarələrinin Baltik üzərində təhlükəli həddə yaxınlaşmaları barədə məlumat yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG