Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:03

Lavrov ABŞ-ı 'rusofobiya'da suçlayır


S.Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Birləşmiş Ştatların iyunun 20-də elan etdiyi yeni sanksiyaları pisləyib. Sanksiyalar Ukraynanın şərqində separatçılarla birlikdə savaşan, yaxud onları dəstəkləyən 38 nəfərə qarşı qoyulub.

«Bu, mühitin yaxşılaşdırılmasına qətiyyən kömək etmir. Sanksiyalara heç bir açıq-aşkar səbəb yoxdur», – Lavrov Moskvada fransalı həmkarıyla görüşdən sonra deyib.

«Mən amerikalı həmkarlarımın bu cür rusofob maniyasına görə təəssüf hissindən başqa bir şey ifadə edə bilmərəm», – o söyləyib.

Trump administrasiyası sanksiyaları Ukrayna prezidenti Petro Poroshenko Ağ evdə Trump-la görüşdüyü gün elan edib.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov «Interfax»a müsahibəsində deyib ki, yeni sanksiyalarla bağlı əks tədbirlər görüləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG