Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:42

NASA Yerə bənzər daha 10 planet tapıb


Qalaktika

İyunun 19-da astronavtlar Günəş sistemindən kənar planetlər siyahısına daha 10 namizəd əlavə ediblər. Həmin planetlərin ölçüsü və temperaturu Yerə oxşardır və bu səbəbdən onlarda həyatın mümkünlüyü ehtimallarını artırır.

«İndi qarşımızda duran vacib sual odur ki, biz təkikmi?»,- Kepler proqramının alimi Mario Perez jurnalistlərə deyib. «Ola bilsin, Kepler dolayısıyla bizə deyir ki, tənha deyilik».

NASA 2009-cu ildə Kepler teleskopunu işə salıb. Məqsəd Yerə bənzər planetlərin çox yayılmasını, yoxsa nadir olmasını üzə çıxarmaqdır.

Hazırda Kepler-in topladığı məlumatlar alimlərin əlindədir və onlar həmin suala cavab tapmağa çalışacaqlar, Yerdən kənarda həyatın olub-olmadığını aşkarlayacaqlar.

Kepler ilk dörd il ərzində Süd Yolu qalaktikasının kiçik bir hissəsində 2 min 335 təsdiqlənməmiş planet tapıb. Onların içində Yerə bənzər 50 dünya da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG