Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:45

Əfqan Muxtarlının görüntüləri montaj edilib?


Archil Chopikashvili, vəkil. Tbilisi, 05 iyun 2017

Həbsdə olan jurnalist Əfqan Muxtarlının Gürcüstandakı vəkili Archil Chopikashvili bu ölkənin Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

Bu haqda onun özü “Turan” Agentliyinə bildirib.

Əfqan Muxtarlının Gürcüstandan oğurlandığını deyən Archil Chopikashvili DİN-dən xahiş edib ki, jurnalistin yoxa çıxdığı günə aid hərəkət istiqamətini tam əhatə edən videogörüntülər müdafiə tərəfinə verilsin.

Buna da bax:​ Xədicə İsmayıl da Əfqan Muxtarlı işinə görə ifadə verib

Vəkilin sözlərinə görə. onlar əvvəl də eyni müraciəti göndəriblər. Ancaq təqdim edilmiş görüntülər şübhəlidir.

“DİN-in təqdim etdiyi görüntülərdə aşkar görünür ki, onun üzərində işlənilib. Görüntülərin bir hissəsində hava günəşlidir. Kəsinti baş verir və havanın yağışlı olduğu görünür. Bir anda ətraf mənzərə, avtomobillərin parklanması vəziyyəti də dəyişir”.

Vəkil güman edir ki, görüntülərdən bir neçə dəqiqəlik hissə silinərək montaja yol verilib.

Archil Chopikashvili DİN-ə müraciətində görüntülərin tamının onlara təqdim edilməsini istəyib.

Buna da bax: Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi

Vəkilin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Ancaq bir müddət əvvəl həm Gürcüstanın baş nazir, həm də daxili işlər naziri bu məsələdə yerli hüquq mühafizə qurumlarının iştirakı haqda şübhələri qəti təkzib etmişdilər. Onlar deyirdilər ki, istintaq bitməmiş tələsik nəticə çıxarmaq düzgün deyil.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Buna da bax:​ 'Gürcüstan... kəndirbaza bənzəyir'-filosof

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ Prezidentin köməkçisi AP-nin qətnaməsini ədalətsiz sayır

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG