Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:13

Ermənistanda uşaqlar üçün informatika mərkəzləri


İT məktəb
İT məktəb

Armen Barsegyan “YB -Sinxron” adlanan məktəbdə oxuyur. O, öz dostları ilə düzəltdiyi robotlardan danışır:

“Bu robot-sumodur. Biz bununla keçən il Amerikada yarışda ikinci yer tutduq. Yaponiyanın Honda şirkətindən innovasiya sertifikatı aldıq. Robot labirintdə oddan keçə bilməli, odu söndürə bilməlidir”

Armenin oxuduğu məktəbi "21-ci əsrin məktəbi" adlandırırlar. Bu məktəb o biri çməktəblərdən yüksək texniki təchizatı və xüsusi hazırlanamış proqramı ilə fərqlənir.

Məktəbin direktoru Aram Pakhchanyan deyir ki, bu məktəbdə dar ixtisalaşma yoxdur.

Aram Pakhchanyan: "Əgər sən yaxşı fizik olmaq istəyirsənsə, yenə də öz ana dilini gözəl bilməlisən, ingilis dilində danışa bilməlisən, incəsənətdə nəsə etməyi bacarmalısan, ünsiyyətdə ola bilməlisən, düşünə bilməlisən."

Ermənistanda gələcək İT şirkətlərin əsası dərnəklərdə qoyulur
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Yeri gəlmişkən, Azərbaycanda orta məktəblərin təmayülləşməsinə keçidlə bağlı, əksinə, informatikanı tədrisdən çıxarırlar. Hazırda 4 təmayül üzrə - texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət təmayülü üzrə 10-11-ci siniflərin tədris planlarından İnformatika fənni çıxarılıb.

Ermənistanda TUMO adlı yaradıcı tədqiqatlar mərkəzinə isə hər gün minlərlə uşaq gəlir. Onlar burda ənənəvi riyaziyyat və ya fizikanı öyrənmirlər, informasiya bazarında ən çox tələbat olan animasiyanı, veb-dizaynı, kompüter oyunları düzəltməyi öyrənirlər.

Belə mərkəzlər Ermənistanın başqa şəhərlərində də var. Təşkilatçıların fikrincə, bu dərnəklərdə gələcək informasiya texnologiyaları şirkətlərinin əsası qoyulur.

Qrafik Fotoredaktor PicsArt -ı bütün dünyada artıq 300 milyon adam yükləyib. Onu Ermənistanda 2011-ci ildə yaradıblar. 2015-ci ildə isə Forbes jurnalı PicsArt-ı investorlar üçün ən cəlbedici startaplar- başlanğıc layihələri sırasına saldı.

Ermənistanda 400 İnformasiya Texnologiyaları şirkəti var. Hər il onlarla yeni İT şirkəti yaranır

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG