Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:03

Bu gün, iyunun 19-dan etibarən qoşunların hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Bu haqda Müdafiə Nazirliyi xəbər yayıb.

Xəbərdə vurğulanır ki, təlimlərə 23 min nəfər şəxsi heyət, 120-dək tank, zirehli texnika, 180 müxtəlif çaplı raket və artilleriya qurğusu cəlb ediləcək.

Təlimlərdə həmçinin, reaktiv yaylım atəş sistemindən, minaatanlardan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyasından, yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

Təlimlərin iyunun 24-nə kimi davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG