Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:17

Trump-ın müşavirləri İsraillə Fələstinə gedir


Donald Trump və Jared Kushner

ABŞ prezidenti Donald Trump-ın iki əsas müşaviri Qüdsə və Ramallaha gedirlər. Ağ ev onların İsrail-Fələstin sülh danışıqlarını yenidən başlatmağa çalışacağını bildirir.

Ağ evin aparıcı müşaviri, Trump-ın kürəkəni Jared Kushner və milli təhlükəsizlik məsələləri üzrə yardımçısı Jason Greenblatt bu həftə regionda səfərdə olacaqlar.

Greenblatt-ın səfəri iyunun 19-da başlanır, Kushner isə iyunun 21-də regiona çatacaq.

Müşavirlər Qüdsdə və Ramallahda İsrail və Fələstin liderləriylə görüşəcək, «onların prioritetlərini, planlaşdırdıqları mümkün addımları müzakirə edəcəklər», – administrasiya rəsmisi deyib.

«Prezident Trump aydın şəkildə bildirib ki, israillilər və fələstinlilər arasında davamlı sülh razılaşmasının əldə olunması yönündə işləmək ondan ötrü öncəlik təşkil edir. O, sülhün mümkünlüyünə inanır», – rəsmi deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG