Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Jurnalist prokurorluğa çağırılıb


“Kanal-13” internet televiziyası

Jurnalist Cavid Cabbarlı iyunun 19-da, saat 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Cavid Cabbarlı AzadliqRadiosuna bildirib ki, ona idarədən müstəntiq Orxan Babayev zəng edib.

“Müstəntiq söylədi ki, “Kanal-13” internet televiziyasının Bakı filialının rəhbəri Əziz Orucovun işi ilə əlaqədar dindiriləcəksən. Məni Orxan Babayev ötən həftə dəvət etmişdi, ancaq müalicə aldığım üçün gedə bilmədim. Orxan Babayev bildirdi ki, “Kanal-13”-də axtarış zamanı “Gizli həqiqət ” kitabım da müsadirə olunub və bu barədə suallarının olacağını dedi. Bu kitab nurçularla bağlıdır və Dini İşlər üzrə Dövlət Komitəsinin icazəsi ilə çap olunub. Məndən hazırda baş redaktoru olduğum xebər. info saytının sənədlərinin gətirilməsini istədi”.

Cavid Cabbarlı hazırda xeber.info saytının baş redaktorudur. O, “Kanal-13″də “Sizin tribuna ” və “Olduğu kimi” rubrikalarının aparıcısı olub.

Xatırlatma

«Kanal 13» internet televiziyasının Bakı filialının rəhbəri və icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.

İyunun 2-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi inzibati cəzasının başa çatdığı gün Ə.Orucova Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsinin qərarına görə, Ə.Orucov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir və həbsinin «Kanal 13» internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirir.

«Kanal 13» 2008-ci il oktyabrın 10-dan yayımlanırdı. Müdafiə tərəfi bildirir ki, ofisdə axtarış zamanı bütün kompyuterləri götürüldüyündən internet televiziyasının işinə maneə yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG