Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:51

Avropa şəhərlərində Azərbaycanda həbsdə olan fəallara azadlıq istənilib…


Foto arxiv

Avropaya sığınan azərbaycanlılar iyunun 17-də Almaniyanın Nurünberq şəhərində“ Siyasi məhbuslara azadlıq” şüarı ilə atiraz aksiyası keçiriblər. Aksiyada Azərbaycanda həbsdə olan ictimai-siyasi fəallar və jurnalistlərə azadlıq istənilib.

Aksiyanı Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkil etdiyi bildirilib.

Aksiya barəsində Avropada yaşayan Tural Sadıqlı məlumat verib.

Onun bildirdiyinə görə, mühacirələr vurğulayıblar ki, son vaxtlar Azərbaycanda jurnalistlərin, fəalların həbsi artıb.

“Bir ay içində xeyli insan həbs olunub. Həbsxanada onlarla günahsız siyasi məhbus var. İlqar Məmmədov artıq 5-ci ildir ki, dögum gününü həbsdə qeyd edir. Avropadakı azərbcyanlılar belə qanunsuzlaqlara etiraz edirlər”, o, bildirib.

Etiraz aksiyasında 50-yə yaxın azərbaycanalı iştirak edib.

İştirakçılar “İlahm Əliyev Gözəll Bayramlını, Əfqan Muxtarlını azad et”, “Bayrama, Qiyasa azadlıq”, “Qul deyilik, narkoman deyilik”, “İlqar Məmmədov azadlığa buraxılsın” və başqa şüarlar səsələndiriblər.

Aksiya 1 saatdan artıq, davam edib.

Nürnberq şəhərindən başqa AKM-in təşkilatçılığı ilə Almaniyanın Frankfurt, Dortmund şəhərlərində, Fransanın Laval, İsveçin Höteborq şəhərlərində də aksiyalar keçirildiyi bildirilir.

Xatırlatma

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

Koordinasiya Mərkəzi bu il fevralın 18-də də Almaniyada «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirmişdi. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkil edən, eləcə də, aksiyada iştirak edənlərin Azərbaycandakı yaxınlarının polisə çağırıldığı, sorğu-sual edildiyi bildirilirdi.

Müsavat Partiyasının sabiq və hazırkı başqanları İsa Qəmbər və Arif Hacılı, eləcə də partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı da Baş Prokurorluğa çağırılmış, onların ifadələri alınmışdı.

Hüuq müdafiə təşkilatlarının hazirladığı siyahılara görə, Azərbaycanda 150 civarında siyasi məhbus var.Onlardan 10-dan çoxunun jurnalist və bloqer olduğu bildirilir.
Ancaq Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusun olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri cinayət əməlinə görə, məsuliyyətə alınıblar.

Hakimiyyət təmsilçiləri ölkədə söz və ifadə azadlığına basqıların olduğu fikiri ilə də razılaşmırlar.

Rəsmilər vurğulayırlar ki, hər il Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə qəzetlərə maliyyə yardımları da göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG