Keçid linkləri

2017, 18 Avqust, Cümə, Bakı vaxtı 03:14

Akkord rəhbərliyində dəyişikliklər var


Akkord.az saytından screenshot

Azərbaycanın ən iri sənaye-tikinti şirkətlər qruplarından birinin rəhbərliyində ciddi yeniləmə baş verib. Səhmdarların iyunun 9-da keçirilmiş ümumi yığıncağında Akkord korporasiyasının Müşahidə Şurasının tərkibi dəyişib, şuraya yeni sədr seçilib.

2016-ci ilin əvvəlinə 755 milyon manatlıq aktivə sahib olan «Akkord Sәnaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin MŞ sədri vəzifəsinə 38 yaşlı Dərya Müsəllim oğlu Vəliyev seçilib. Bunadək o, şuranın dörd üzvündən biriydi. D. Vəliyev həm də korporasiyanın səhmlərinin 49 faizinin mülkiyyətçisidir. Onun təhsili, özəl biznesdəki fəaliyyəti haqda heç bir bilgi verilmir.

Buna da bax:​ 'Akkord'dan tələb

Screenshot akkord.az
Screenshot akkord.az

Akkord.az saytından screenshot

Şuranın tərkibi tez-tez dəyişir

MŞ-ni iki nəfər (keçmiş sədr Kamil Yadigar oğlu Hüseynov və üzv Tofiq Mirzəli İsayev) tərk edib. Uzun illər korporasiyanın icraçı direktoru işləmiş Göksəl Aybek şuranın sədr müavini seçilib. 2016-cı ildən MŞ-də təmsil olunan Fərid Rafiq oğlu Hüseynov mövqeyini qoruyub saxlayıb. Bir müddət öncə F. Hüseynov «Synergy Group» MMC-nin Müşahidə Şurasında təmsil olunurdu.

Korporasiyanın Müşahidə Şurasında dəyişikliklər, demək olar ki, hər il baş verir. Bundan əvvəl burada Ağasəməd Veyis oğlu Əfəndiyev, Xaqani Zahid oğlu Quluzadə, Kamil Maarif oğlu Əliyev və başqaları də təmsil olunurdu.

Buna da bax: Azərbaycanın məşhur holdinqləri hərəyə bir yeni şirkət qurub

Korporasiyanın İdarə Heyətində yeganə dəyişiklik Anar Davud oğlu Məmmədovun sayca 6-cı üzv təyin olunmasıdır. O, holdinqdə tikinti məsələlərinə cavabdehdir.

Səhmdarların ümumi yığıncağında korporasiyanın 2016-cı il üzrə illik maliyyə hesabatının təsdiqlənməsi məsələsi də gündəlikdə idi. Hələlik, Akkord maliyyə hesabatını açıqlamayıb.

Akkord-da İlqar Hacıyev də vardı

Akkord şirkətini 2005-ci ildə işadamı İlqar Əlləz oğlu Hacıyev yaradıb və o zamandan sürətlə böyüməkdədir. Sonrakı illərdə (2011-ci il) çoxsaylı şirkətləri birləşdirən korporasiyanın səhmdarları sırasına «VIP Estate» MMC (51 faiz) və D. Vəliyev (24,5 faiz) də daxil oldu. 2014-cü ildə İ. Hacıyev qalan payını da D. Vəliyevə satdı.

Buna da bax:​ 'Akkord' korporasiyası genişlənir

Korporasiyaya «VIP Estate» MMC vasitəsilə Əşrəf Kamil oğlu Kamilov nəzarət edir. O, eyni zamanda «Synergy Group» MMC-nin də sahibi kimi təqdim olunur.

Akkord korporasiyası Azərbaycanda və onun hüdudlarından kənarda 40-dan çox şirkətə sahib olmaqla, Almaniya, Türkiyə, Özbəkistan, Qazaxıstan və Ukraynada filial və nümayəndəliklər də açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG