Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:01

'Ola bilsin, al-Baghdadi öldürülüb' - Rusiya


Abu Bakr al-Baghdadi

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının lideri Abu Bakr al-Baghdadi ötən ay Rusiyanın Suriyaya endirdiyi hava zərbəsində öldürülmüş ola bilər.

Bunu Rusiyanın Müdafiə Nazirliyi bildirir.

Rusiya xəbər agentlikləri nazirliyə istinadla yazırlar ki, al-Baghdadi-nin mayın 28-də Raqqa yaxınlığına hava zərbəsində öldürüldüyü iddia olunan xəbərlər bir neçə kanaldan dəqiqləşdirilir.

Həmin hücumda İŞİD-nin aparıcı üzvləri daxil olmaqla, 330 nəfər həlak olmuşdu.

Hava zərbəsi İŞİD üzvlərinin toplantısını hədəfə almışdı. Raqqa İŞİD-in əsas istehkamı sayılır, hazırda ABŞ-ın dəstəklədiyi Suriya qüvvələrinin hücumuna məruz qalıb.

İŞİD 2014-cü ildə İraqın şimalında və Suriyada böyük ərazilər ələ keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG